Məzmuna keç

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34-ə çatıb

Əlcəzairdə meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 34 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əlcəzair Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin 11 şəhərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər hava və qurudan davam etdirilir. Meşə yanğınları ilə mübarizə 48 dərəcəni keçən isti hava dalğası və isti küləklərin təsiri ilə getdikcə çətinləşir. Bir aya yaxındır ki, paytaxtda 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcə rekord temperatur müşahidə olunur.

Prokurorluq meşə yanğınları ilə bağlı araşdırma başlanıldığını açıqlayıb. Bejaia və Jijel prokurorluqlarının yanğının səbəblərinin araşdırılması və günahkarların tapılması üçün istintaq tədbirlərini davam etdirdiyi qeyd olnub.

Bildirilib ki, araşdırma zamanı cinayət faktı aşkar olunarsa, iş paytaxt Əlcəzairin Sidi Məhəmməd Məhkəməsinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə göndəriləcək.

Şəbnəm Mehdizadə