Türkiyənin Bolu şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sərnişin avtobusu idarəetmədən çıxıb və təxminən 50 metr irəliləyərək yol kənarındakı kolluq ərazidə dayana bilib.
Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə
