Türkiyənin Sakarya şəhərində yas mərasimində kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, mərasimdə yemək yedikdən sonra özünü narahat hiss edən 128 nəfər xəstəxanaya müraciət edib.
Karasu Dövlət Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıb.
Məlumata görə, qonaqlara toyuq əti, plov və ayran təqdim edilib.
Qidalardan nümunələr götürülərək laboratoriyaya göndərilib.
Şəbnəm Mehdizadə
