Ekvadorda zorakılıq hallarının artması ilə əlaqədar olaraq fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ekvador prezidenti Gilyermo Lasso zorakılığın baş verdiyi ərazilərdəki hadisələri və zorakılıqla mübarizə üsullarını müzakirə etmək üçün yerli hakimiyyət orqanları və Təhlükəsizlik Şurası ilə görüşüb.
Manabi və Los Rios ştatlarında, eləcə də Duran bölgəsində hökumətin elan etdiyi fövqəladə vəziyyət çərçivəsində 60 gün davam edəcək gecə komendant saatı tətbiq edilib.
Qeyd edək ki, son zamanlar ölkədə zorakılıq halları artıb. Milli Həbsxanalar Agentliyinin (SNAI) verdiyi açıqlamada 5 fərqli həbsxanada 90-dan çox mühafizəçinin məhbuslar tərəfindən girov saxlandığı, son günlər məhkumlar arasında baş verən qarşıdurmalarda isə 6 nəfərin öldüyü bildirilib.
İyulun 23-də baş verən silahlı hücumda isə Manta şəhərinin meri Aqustin İntriaqon öldürülüb. İnsident zamanı, həmçinin bir qadın da həlak olub. Ölkə prezidenti "Twitter"dəki paylaşımında hücumu pisləyib və cinayətkarlan tapılması istiqamətində lazımi tədbirlərin görüldüyünü açıqlamışdı.
Şəbnəm Mehdizadə
