Məzmuna keç

Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə çalışan 7 terrorçu saxlanılıb

Türkiyə-Yunanıstan sərhədini qanunsuz olaraq keçməyə çalışan 8 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərdən 7-nin FETÖ terror təşkilatının üzvü olduğu bildirilib.

"Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Yunanıstandan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 8 nəfər sərhədçilərimiz tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 7-nin FETÖ üzvü olduğu müəyyən edilib", – deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə