Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin təhlükəsizlik məsələləri üzrə rəsmisi İsmayıl Maqaci məlumat verib.
O, silahlı şəxslərin əyalətin Dan Qulbi bölgəsində silahlı hücum təşkil etdiyini bildirib.
Maqaji hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.
Qeyd edək ki, Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstələrin hücumları ilə üzləşir.
Şəbnəm Mehdizadə
