Türkiyənin Mardin şəhərində 1 terrorçu zərərsizləşdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, terrorçunun evlərdən birində gizlənməsi barədə daxil olan məlumatdan sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.
Nusaybin rayonunda keçirilən əməliyyatda terrorçu təslim olmaq barədə çağırışa silahdan atəş açaraq cavab verib.
İnsident zamanı terrorçu məhv edilib.
Şəbnəm Mehdizadə
