Türkiyənin Rize şəhərində təcili yardım otağında silahlı insident baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, aralarında ədavət olan iki şəxs Rize Dövlət Xəstəxanasının təcili tibbi yardım xidmətində qarşılaşıblar. Bir müddət mübahisə edən tərəflər daha sonra silahla bir-birinə atəş açıb.
Hadisə nəticəsində aralarında polis və səhiyyə işçisi də olmaqla 5 nəfər yaralanıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisəni törədən şəxs qaçmaq istəyərkən vətəndaşların köməkliyi ilə polis tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
