ABŞ-da 16 nəfərdə salmonella aşkarlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında ümumilikdə 16 nəfərdə salmonella aşkar olunub və onlardan 6-ı xəstəxanaya yerləşdirilib.
Xəstələrin faktiki sayının daha çox ola biləcəyi və başqa əyalətlərdə də müşahidə oluna biləcəyi qeyd edilib.
Qeyd edək ki, salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərdə və immun sistemi zəif olanlarda zaman-zaman xəstəxanaya müraciət etmək lazım gələ bilər.
Şəbnəm Mehdizadə
