Məzmuna keç

Mərakeşdə qayığın batması nəticəsində 6 nəfər ölüb

Mərakeş sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərakeş İnsan Haqları Dərnəyi məlumat yayıb.

Ölkənin cənubundakı Daxla vilayətinin sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 6 nəfərin öldüyü bildirilib.

Kanar adalarına gedən qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığı qeyd olunub.

Şəbnəm Mehdizadə