Türkiyənin İstanbul şəhərində havanın temperaturu 43 dərəcəni keçib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkənin Meteorologiya Baş İdarəsinin rəsmi internet saytındakı məlumatlara görə, saat 14:50-də İstanbulda temperaturun ən yüksək olduğu yer 43,4 dərəcə ilə Şile olub. Çekmeköydə havanın temperaturu 41,7 dərəcə, Eyüpsultanda isə 40,4 dərəcə olub.
İstanbulda indiyə qədər ölçülən və rekord olaraq qəbul edilən ən yüksək temperatur 40,6 dərəcə olaraq 13 iyul 2000-ci ildə qeydə alınıb. Yeni rekordun qırılıb- qırılmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Şəbnəm Mehdizadə
