Məzmuna keç

Kanadada daşqınlarda itkin düşən 3 nəfərin cəsədi tapılıb

Kanadanın Yeni Şotlandiya əyalətində güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində itən 4 nəfərdən 3-nün cəsədi tapılıb.

E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, axtarışlar zamanı sel nəticəsində eyni avtomobildə itkin düşən 2 uşağın cəsədi tapılıb. Polis verdiyi açıqlamada, seldə itən başqa bir avtomobildə olan 52 yaşlı kişinin cəsədi də tapılıb. Lakin həmin avtomobildə olan gəncin axtarışları hələ də davam edir.

Qeyd edək ki, iyulun 21-də şiddətli yağışa görə əyalətin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib.

Kanada Meteorologiya Xidməti vilayətin şərq bölgəsində güclü yağışların iyulun 30-dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə