Məzmuna keç

Yunanıstanda meşə yanğınlarında ölənlərin sayı 4-ə çatıb

Yunanıstanda günlərdir davam edən meşə yanğınlarında ölənlərin sayı 4-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Maqnisiya bölgəsində baş verən yanğında 45 yaşlı bir şəxs həyatını itirib.

Həmçinin Almiros bölgəsində Platanos kəndi yaxınlığında baş verən yanğında bir qadın ölüb.

Volos şəhəri yaxınlığında baş verən yanğınla əlaqədar sənaye zonası və bəzi yaşayış məntəqələri boşaldılıb.

Qüyd edək ki, daha əvvəl Yunanıstanın paytaxtı Afinadan təxminən 200 kilometr uzaqlıqda yerləşən Eğribozun Platanistos bölgəsində yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 pilotun öldüyü bildirilib.

Şəbnəm Mehdizadə