Məzmuna keç

Tunisdə 48 saat ərzində 16 meşə yanğını baş verib

Tunisin müxtəlif əyalətlərində iki gündə 16 yanğın baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tunis Mülki Müdafiə Administrasiyasının sözçüsü Muaz Teria jurnalistlərə açıqlamasında deyib.

Teria bildirib ki, son 48 saatda Binzert, Cenduba, Silyana, Beca, Nabel, Kayravan, Kasrin və Gabes əyalətlərində meşə sahələrində 16 fərqli yanğın baş verib. Bu yanğınların çoxunun söndürüldüyünü və ya nəzarət altına alındığını deyən sözçü, yanğınların davam etdiyi ərazilərdə əməliyyatların davam etdirildiyini qeyd edib. O, həmçinin güclü küləyin yanğınsöndürmə işlərinə mane olduğunu bildirib.

Tunisin daxili işlər naziri Kamal əl-Fiqi isə parlamentin iclasındakı çıxışında Əlcəzair və İspaniyanın Tunisdə meşə yanğınlarının söndürüllməsinə dəstək göstərdiklərini bildirib.Nazir yanğınlar zamanı ölənlərin olmadığını, xəsarət alan 12 nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib.

Şəbnəm Mehdizadə