Məzmuna keç

Türkiyədə terror təşkilatına məxsus sığınacaq məhv edilib

Türkiyənin Tokat şəhərində DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) terror təşkilatına məxsus sığınacaq məhv edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tokat Valiliyi və Jandarma Komandanlığınıın Almus mahalının inzibati sərhədləri daxilində həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatı tərəfindən əvvəllər anbar sahəsi kimi istifadə edildiyi müəyyən edilən bunker aşkarlanıb.

Anabardan istifadə olunmuş və bir çoxu çürük halda olan müxtəlif ləvazimatlar sübut kimi götürülüb.

Daşınması mümkün olmayan digər şeylər isə sığınacaqla birlikdə məhv edilib.

Şəbnəm Mehdizadə