Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşı Şeyx Səid bin Zayed Əl Nəhyan vəfat edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl səhhətində problem olduğu bildirilən 58 yaşlı Səid bin Zayidin öldüyü açıqlanıb.
Prezident Şurasının bəyanatında Səid bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edildiyi bildirilib.
Şəbnəm Mehdizadə
