Son iki ayda FETÖ terror təşkilatına qarşı 905 əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir həyata keçirilən əməliyyatlar nəticəsində 1329 nəfərin saxlanıldığını bildirib.
O, saxlanılanlardan 212-nin həbs olunduğunu, 261 nəfərin isə polisin nəzarətinə verildiyini deyib.
Ali Yerlikaya FETÖ ilə mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Şəbnəm Mehdizadə
