Məzmuna keç

Filippində qasırğa nəticəsində ölənlərin sayı 6-ya çatıb

Filippində "Doksuri" qasırğası nəticəsində həyatını itirənlərin sayı 6 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Benquet əyalətində torpaq sürüşməsi nəticəsində 4 nəfər, ölkənin şimalındakı Baquio şəhəri və İsabela əyalətində isə hər birində bir nəfər həyatını itirib.

Ölkənin şimalını vuran qasırğadan minlərlə insan zərər çəkib. Caqayan bölgəsində təxminən 16 min insanın təxliyə edildiyi, bəzi ərazilərdə daşqınların və torpaq sürüşmələrinin baş verdiyi bildirilib.

Caqayan əyalətinin qubernatoru Manuel Mamba şimal bölgələrindəki ən az 4 şəhərdə elektriklərin kəsildiyini deyib.

Şəbnəm Mehdizadə