Finlandiyada doğum sayında kəskin azalma müşahidə olunur.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Finlandiya Statistika İnstitutu məlumat yayıb.
Statistikaya görə, doğum sayı ilin birinci yarısında indiyədək ən aşağı səviyyəyə çatıb.
Belə ki, ilin ilk yarısında doğulanların sayı 2022-ci ilə nisbətən təxminən 1000 nəfər azalaraq 21 min 180-ə düşüb. Bu, 1900-cü ildən bəri ən aşağı göstəricidir.
Finlandiyada 2010-cu ildə 1,87 olan doğum nisbəti 2019-cu ildə 1,35-ə, keçən il isə 1,28-ə düşüb.
Şəbnəm Mehdizadə
