Finlandiyada mühacirlərin sayında artım müşahidə olunub.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Statistika İnstitutu məlumat yayıb.
Ölkəyə ən çox miqrant Ukrayna, Rusiya, Filippin və Hindistandan gəlib.
İlin ilk 6 ayında Finlandiyaya 28 min 345 nəfər gəlib ki, onlardan 8 minə yaxını ukraynalı qaçqınlar olub.
Qeyd olunub ki, ölkəyə gələnlərin sayında artım ukraynalı qaçqınlara yaşamaq icazəsinin verilməsi olub. Filippindən Finlandiyaya gələnlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 481 nəfər artıb.
Şəbnəm Mehdizadə
