Məzmuna keç

Sükan arxasında infarkt keçirən sürücü qəza törətdi, ölən və yaralılar var

Türkiyənin Çanaqqala şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtobus yol kənarındakı bağçanın divarına çırpılıb. Nəticədə sürücü ölüb, 8 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə