"İşğalçıların Luqansk vilayətindəki təlim düşərgəsinə 110-a yaxın səfərbər edilmiş hərbçi gəlib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
Qeyd olunub ki, ruslar döyüş hazırlığı keçməyən yeni səfərbər edilmiş hərbi qulluqçuları döyüşə atmaqda davam edir.
"Belə ki, Luqansk vilayətinin Roqovo kəndindəki təlim düşərgəsinə 110-a yaxın səfərbər edilmiş hərbi qulluqçu gəlib. Onlara texnika və silah verilərkən Rusiya komandanlığı yeni gələn şəxsi heyətə onların hücum bölmələrinə daxil ediləcəkləri və yaxın vaxtlarda təmas xəttindəki döyüş tapşırıqları yerinə göndəriləcəkləri barədə məlumat verib”, – məlumatda bildirilib.
Şəbnəm Mehdizadə
