Ukrayna ordusu son sutkada Rusiya Silahlı Qüvvələrinin 560 hərbçisini məhv edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da Rusiyanın müharibədəki canlı qüvvə itkisi 244 min 830 nəfərə çatıb.
Bundan əlavə, 24 fevral 2022-ci il tarixindən bu günə kimi Rusiya müharibədə 4 190 tank, 8 161 zirehli maşın, 4 007 operativ-taktiki PUA, 4 775 artilleriya sistemi, 458 hava hücumundan müdafiə sistemi, 1347 qanadlı raket, 698 reaktiv yaylım atəş sistemi, 315 təyyarə, 311 helikopter, 18 gəmi/qayıq, 7 240 avtomobil və tanker, 709 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
