İranın Kerac şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.
E-huquq.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, bu barədə Peyam Beynəlxalq Hava Limanının İctimaiyyətlə Əlaqələr İdarəsi yazılı açıqlama verib.
Açıqlamada qəza nəticəsində 2 nəfər öldüyü qeyd olunub.
Təyyarənin qəzaya uğrama səbəbi ilə bağlı məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
