Məzmuna keç

Qarsdakı qəzada ölənlərin sayı 8-ə çatıb

Türkiyənin Qars şəhərində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yaralı vəziyyətdə avtobusdan çıxarılan daha 1 nəfər dünyasını dəyişib.

Beləliklə ağır qəzada ölənlərin sayı 8 nəfərə çatıb. Məlumata görə, hadisə nəticəsində 23 nəfər yaralanıb.

Qeyd edək ki, hadisə ötən gün Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu ərazisində qeydə alınıb. Belə ki, avtobus təxminən 50 metr hündürlükdən dərəyə yuvarlanıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç faktla bağlı cinayət işi başlanıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə