Məzmuna keç

Türkiyədə yas mərasimində kütləvi zəhərlənmə olub

Türkiyənin Dənizli şəhərində yas mərasimində kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, mərasimdə süfrəyə verilən toyuqlu plovu yedikdən sonra qonaqların bir qismində ürəkbulanma və başgicəllənmə müşahidə olunub.

Ağrıların şiddətlənməsinə görə təcili tibbi yardıma müraciət olunub. 90 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Mərasim üçün yeməkləri hazırlayan obyektin sahibi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə