Ötən ay Türkiyənin Van şəhərində terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 25 şübhəli yaxalanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Van Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Həyata keçirilən əməliyyatlar zamanı saxlanılan terrorçulardan 14-nün PKK/KCK, 10 nəfərin isə FETÖ üzvü olduğu qeyd olunub.
Hazırda saxlanılan şəxslər barəsində istintaq aparılır.
Məlumatda, həmçinin terror təşkilatlarına qarşı mübarizənin davam etdirildiyi də bildirilib.
Şəbnəm Mehdizadə
