Türkiyənin Niğde bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, pikap və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım qrupları cəlb edilib.
Xəsarət alan şəxslər dərhal Niğde Ömer Halisdemir Universiteti Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
