İranda anomal istilər səbəbindən 2 günlük tətil elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, havanın həddindən isti olmasına görə 2-3 avqust tarixlərində bütün qurumlarda tətil elan edilməsi qərar alınıb.
Sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə havanın temperaturunun 51 dərəcəyə çatacağı ehtimal olunur. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir.
İranın səhiyyə naziri Bəhram Eynullahi hökumətə təklif edib ki, havanın temperaturu 40 dərəcədən çox olan bölgələrdə həftə sonu tətil elan edilsin.
Şəbnəm Mehdizadə
