Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Polşaya gedən ukraynalı qaçqınların sayı 14 milyon 182 min nəfərə çatıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə Polşa Sərhəd Mühafizəsinin sosial media hesabında bildirilib.
Məlumata görə, təkcə dünən Ukraynadan ölkəyə 30 min 800 nəfər daxil olub.
Polşanı tərk edən ukraynalıların ümumi sayının isə 12 milyon 399 min nəfər olduğu qeyd edilib.
Polşa hakimiyyətinin verdiyi açıqlamalara görə, ölkədə təxminən 2 milyon ukraynalı yaşayır.
Sərhəd keçidlərinin və qayıdışların eyni şəxslər tərəfindən həyata keçirilə biləcəyini bildirən rəsmilər insanların sayına deyil, keçidlərin sayına nəzarət etdiklərini bildirirlər.
Şəbnəm Mehdizadə
