Məzmuna keç

Türkiyədə 7 ildir axtarışda olan FETÖ üzvü həbs edilib

Türkiyədə 7 ildir axtarışda olan FETÖ terror təşkilatının üzvü, sabiq polis rəisi Arif Oktay Eser həbs edilib.

E-huquq.az "TRT xəbər verir ki, o, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.

Məhkəmənin qərarı ilə onun barəsində “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, tez-tez ünvan dəyişən və saxta pasportla ölkə xaricinə qaçacağı müəyyən edilən Arif Oktay Eser gizləndiyi evdə yaxalanıb. Onun üzərində və yaşadığı ünvanda aparılan axtarış zamanı 2 saxta şəxsiyyət vəsiqəsi və pasport, külli miqdarda xarici valyuta, çoxlu sayda mobil telefon, noutbuk və müxtəlif sənədlər ələ keçirilib.

Şəbnəm Mehdizadə