Türkiyənin İstanbul şəhərində biznes mərkəzində yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub. Binada köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
İstanbul valiliyindən verilən məlumata görə, yanğın zamanı binada çalışan 9 nəfər və 7 yanğınsöndürən tüstüdən zəhərlənib. Zərərçəkmişlər xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərilib və həyatları üçün təhlükə olmadığı bildirilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
