Türkiyə sahillərində 41 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İzmirin Karaburun rayonu sahillərində göyərtəsində bir qrup qanunsuz miqrantın olduğu rezin qayığın hərəkət etməsi barədə məlumat daxil olub.
Sahil mühafizəçiləri dərhal hərəkətə keçərək qayıqdakı miqrantları xilas ediblər.
Miqrantlar İzmir Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
