Məzmuna keç

Ərdoğanla Putin arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib.