İranın Kirman şəhərində yanacaq daşıyan nəqliyyat vasitəsində sızma baş verməsi partlayışa səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi "İRNA" məlumat yayıb.
Partlayış nəticəsində ətrafdakı 20-dən çox yaşayış evi və 5 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, yanacağın qaçaqmalçılıq yolu ilə daşındığı bildirilib.
Şəbnəm Mehdizadə
