Məzmuna keç

İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı "Pəncəli kilid" əməliyyat zonasında 3 PKK terrorçusu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorçuların qaçacağı yer yoxdur, heç bir yer onlar üçün təhlükəsiz deyil. Zapda aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib. Terrorizmin kökünü qurutmaqda qərarlıyıq", – deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə