Türkiyənin Bodrum şəhərində yaxtada yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bodrumun Gölköy məhəlləsi sahillərində motorlu yaxtada naməlum səbəbdən yanğın olub.
Alov qısa müddətdə güclənib və bütün yaxtanı bürüyüb. Yaxtada olanlar dənizə atılaraq yanğından xilas olublar.
Dənizə atılan insanların köməyinə ətrafdakı qayıqlar gəlib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
