ABŞ Kapitolisinin polisi Senat binalarında silahlı şəxsin olması barədə məlumatla əlaqədar axtarışlar aparır.
E-huquq.az-ın məlumatına görə, bu barədə polisin rəsmi "Twitter" səhifəsində bildirilib.
"Zabitlərimiz "911" xidmətinə gələn zəngə cavab olaraq Senat administrasiyasının binalarında və ətrafında axtarış aparır. [Senat binaları] içərisində olan hər kəs gizlənməlidir, çünki məlumatda silahlı şəxsin ola bilməsi bildirilmişdi", – deyə qeyd olunub.
Polis atışmalarla bağlı hələlik təsdiqlənmiş məlumatın olmadığını bildirib.
