Məzmuna keç

Əyləncə parkında yelləncək ağaca çırpıldı, yaralılar var

Türkiyənin İzmir şəhərində əyləncə parkında bədbəxt hadisə baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Buca rayonunda əyləncə parkında yelləncəyin ağaca çırpılması nəticəsində 6 nəfər xəsarət alıb.

İlkin tibbi yardımdan sonra yaralılar xəstəxanaya aparılıb, onların vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə