Türkiyənin Qaziantep şəhərində iki ailə arasında silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Qaziantepin Şahinbey bölgəsində qeydə alınıb. Belə ki, iki ailə arasında başlayan mübahisə silahlı insidentə çevrilib.
Əraziyə dərhal polis qrupları göndərilib. Hadisə nəticəsində 1-i polis əməkdaşı olmaqla, 15 nəfər yaralanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
