Türkiyənin Kastamonu şəhərində qapı fabrikində yanğın olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tosya rayonunda baş verən yanğın getdikcə şiddətlənəyə başlayıb.
Əraziyə yanğınsöndürənlər və Regional Meşə İdarəsinin xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Fabrikdə yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
