Məzmuna keç

Türkiyədə ağır qəza: 3 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərində kənd təsərrüfatı işçilərini daşıyan pikap qəzaya uğrayıb.

E-huquq.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sürücünün idarətməni itirməsi nəticəsində nəqliyyat vasitəsi tarla ərazisinə yuvarlanıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəzanın baş verdiyi əraziyə çox sayda xilasedici, jandarma və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar Bandırma Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə