Məzmuna keç

İrandan Türkiyəyə qanunsuz yolla keçən 70 nəfər saxlanılıb

Türkiyənin Amasya şəhərində yük maşınının qoşqusunda 70 qeyri-qanuni miqrant aşkarlanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları buraxılış məntəqəsində İrandan ölkəyə gələn xarici nömrəli yük avtomobilində yoxlama aparıb.

Yoxlama zamanı yük maşınının qoşqusunda 18-25 yaş arası 62 əfqanıstanlı, 6 pakistanlı və 2 banqladeşli müəyyən edilib.

Ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən miqrantlar və yük maşının sürücüsü polis şöbəsinə aparılıb.

Burada barmaq izləri götürülən miqrantlar geri göndərmə mərkəzinə təhvil verilib.

Sürücü barədə araşdırma davam edir.

Şəbnəm Mehdizadə