Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmaq istəyən 26 terrorçu saxlanılıb

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 26 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, son 1 həftədə hüquq-mühafizə orqanları tərəfindən Yunanıstanla sərhəddə 26 şübhəli şəxs yaxalanıb.

Onlardan 25-nin FETÖ, birinin isə PKK terror təşkilatının üzvü olduğu müəyyən olunub.

Saxlanılan şəxslərlə bağlı istintaq davam etdirilir.

Şəbnəm Mehdizadə