Çinin şimalındakı Hibey əyalətində "Doksuri" qasırğasının səbəb olduğu daşqınlara görə 1,2 milyon insan təxliyə edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əyalətdə daşqınlara qarşı mübarizə üçün 8 toplama hövzəsi və müxtəlif ölçülü 155 su anbarı yaradılıb.
Hibey Fövqəladə Hallar İdarəs 1,8 milyard kubmetr suyun əyalətdəki su toplama sahələrinə yönəldildiyini açıqlayıb.
Qeyd edək ki, Çində 1997-ci ildə qəbul edilmiş Daşqınla Mübarizə Qanunu ilə müəyyən edilmiş plana əsasən, ölkə üzrə 98 daşqın hövzəsindən 13-ü Hibey əyalətində yerləşir.
Şəbnəm Mehdizadə
