Məzmuna keç

Son sutkada Rusiya Silahlı Qüvvələrinin 640 hərbçisi məhv edilib

Ötən sutka ərzində Ukrayna hərbçiləri 640 rus hərbçisini məhv edib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisi 248 min 490 nəfərə çatıb.

Bundan əlavə, ruslar müharibədə 4 228 tank, 8 249 zirehli döyüş maşını, 4 911 artilleriya sistemi, 704 reaktiv yaylım atəş sistemi, 466 hava hücumundan müdafiə sistemi, 4 104 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 315 ədəd təyyarə, 311 helikopter, 1 347 qanadlı raketlər, 7 392 avtomobil və tanker, 724 xüsusi texnika və 18 gəmi/qayıq itirib.

Şəbnəm Mehdizadə