Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 17 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Axarışlar İstanbulun 4 rayonunda 5 fərqli ünvanda eyni vaxtda keçirilib.
Saxlanılan şəxslərlə bağlı istintaq davam etdirilir.
Şəbnəm Mehdizadə
