Məzmuna keç

Londonda evsizlərin sayı artıb

İngiltərənin paytaxtı Londonda evsizlərin sayı artıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtda küçələrdə, mağazaların girişlərində, parklarda və ya tərk edilmiş binalarda yatan evsizlərin sayı son bir ildə təxminən 10 faiz artıb.

Buna səbəb kimi, kirayə qiymətlərinin artması və ümumilikdə bahalaşmanın olması göstərilir.

Ölkədə küçələrdə yatan evsizlərlə bağlı araşdırma aparan Birləşmiş Evsizlər və İnformasiya Şəbəkəsinin (CHAIN) yaydığı son məlumatlara görə, aprel-iyun ayları ərzində paytaxtda 3 272 nəfər çətin şəraitdə yatıb. Bu rəqəm ötən ilin eyni dövründə 2 min 998 olaraq qeydə alınıb.

Bundan əlavə, CHAIN-in məlumatları Londonda küçələrdə yaşayanların təxminən yarısının da psixoloji dəstəyə ehtiyacı olduğunu göstərir.

Şəbnəm Mehdizadə