Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri bu ilin avqustunda baş tuta bilər.
E-huquq.az xəbər verir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, tərəflər səfərin dəqiq tarixi barədə müzakirələri davam etdirirlər.
"Səfərin tarixi hələ dəqiqləşməyib. Ancaq xarici işlər nazirimiz, kəşfiyyat idarəmizin rəhbəri, hamısı danışıqlar aparır. Bu danışıqlar çərçivəsində, səfərin avqustda baş tutacağını düşünürəm", – deyə R.T.Ərdoğan bildirib.
