Məzmuna keç

Minik avtomobili yük maşınına çırpıldı, bir ailənin 3 üzvü həlak oldu

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Karacabey rayonunda hərəkətdə olan minik avtomobili yol kənarında dayanmış yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, onun həyat yoldaşı və qızı, eləcə də avtomobildə olan digər sərnişin həlak olub. İki nəfər isə yaralanıb.

Meyitlər ekspertizaya göndərilib.

Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə